07:31
(077) 610-22-33

Ukraynanı fəth edən müğənnimiz kimdir? – VİDEO

  • >
819 16 Fevral 2013 12:50 | Mədəniyyət

O, azərbaycan, rus, ukrayna, ingilis, serb, ivrit dillərində bir çox xalqların mahnılarını ifa edir.



Azərbaycanlı müğənni Günay Qurbanova Ukraynanın Dnepropetrovsk şəhərinin televiziyasının təşkil etdiyi gənc ifaçıların "Poyom vmeste" ("Birlikdə oxuyuruq") festival-müsabiqəsində iştirak edəcək. Bu barədə AzNews.az-a Ukraynanın Azərbaycan Gənclər Birliyi Dnepropetrovsk vilayətinin təşkilatının sədri Elza Bəkirova məlumat verib. O, bildirib ki, istedadlı gənc Günay təşkilatın ən fəal üzvlərindəndir:

"Günay Qurbanova artıq 7 ildir Azərbaycan diasporasını Ukraynanın böyük səhnələrində təmsil edir. Gözəl müğənni bu müddət ərzində səsi ilə dinləyicilərin rəğbətini qazanmağa nail olub. İstedadı ilə yanaşı vokal ustalığı onu ümumukrayna "Яскрава крайна", "Песенний сад" və "Диво грай" müsabiqələrinin laureatı edib".

E.Bəkirova onu da əlavə edib ki, G.Qurbanova müxtəlif dillərdə - azərbaycan, rus, ukrayna, ingilis, serb, ivrit dillərində bir çox xalqların mahnılarını ifa edir:

"Günay Qurbanova azərbaycanlıların təşkil etdiyi bayram şənliklərində öz mahnıları ilə xoş əhval-ruhiyyə bəxş edir. O, Azərbaycan diasporasının və Dnepropetrovski vilayətinin Azərbaycan Gəncləri Birliyinin fəxri hesab edilir".




Fuad Mədətov
AzNews.az
Bağla X