“Musa Yaqubun ürəyində problem var”. “Musa Yaqubun ürəyində problem var”.

Musa Yaqub: “Arzularım, istəklərim göyərmədi...” - Video

“Musa Yaqubun ürəyində problem var”.

Bunu AzNews.az-a açıqlamasında bədii qiraətçi Pünhan İsmayıllı tanınmış şair Musa Yaqubun səhhətindən danışarkən deyib. Onun sözlərinə görə, şairin səhhətindəki problemlər yaşla əlaqədardır:

“Şairin ürəyində problem var, əlləri də əsir. Şükürlər olsun, indi səhhəti normaldır. Bütün ailəsi yanındadır. Onu bir gün belə yalnız buraxmırıq. O, həmişə təbiətə bağlı adam olub. Havalar isti olanda həyətə çıxardırıq, təbiətlə baş-başa qalır”.

Pünhan İsmayıllı deyib ki, Musa Yaqubun həyata keçməyən arzuları çoxdur: “Deyir arzularım, istəklərim göyərmədi. İşlər vardı, hansı ki, onları görməliydim, yazmalıydım... Ömür imkan vermir, səhhəti ilə bağlı heç nə yaza bilmir. Bütün yaradıcılığından uzaq düşüb. Darıxmasın deyə onun şeirlərini deyirik”.

Qeyd edək ki, tanınmış şair Musa Yaqubun səhhətində problem yaranıb.

Bahar RÜSTƏMLİ
AzNews.az