07:00
(077) 610-22-33

Azərbaycanda ilk rəsmi “Facebook cəzası” - QALMAQAL

  • >
406 20 Mart 2013 12:10 | Mədəniyyət

Sosial şəbəkələrdəki iştirak Filarmoniyanın işçilərinə baha başa gəldi




Son zamanlar sosial şəbəkələrdə, xüsusən də Facebook-dakı müzakirələr ciddi narahatlığa səbəb olub. Hətta Azərbaycan hakimiyyətinin yüksək çinli məmurları belə baş verənlərdən narahatlıqlarını ifadə edərək, sosial şəbəkələrə nəzarət mexanizmlərinin tətbiqini vacib saydıqlarını dilə gətiriblər.

Facebook-un ümumiyyətlə ölkəmizdə ləğv olunmasını tələb edənlər də var. Amma sonradan verilən rəsmi açıqlamalarda belə bir məsələnin müzakirə mövzusu olmadığı bildirildi. Bununla belə, AzNews.az-ın əldə etdiyi məlumatda artıq Azərbaycanda ilk "Facebook cəzası"nın reallaşdığı bildirilir.

Əldə etdiyimiz məlumatda qeyd olunur ki, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə filarmoniyanın nəzdində fəaliyyət göstərən Dövlət Xor Kapellasının bir qrup üzvünə şiddətli töhmət verib. Buna səbəb isə Xor Kapellasının üzvlərinin Facebook sosial şəbəkəsindəki yazışmaları olub.

AzNews.az-a verilən məlumata görə, sözügedən kapellanın bir neçə üzvü "Muğam aləmi" beynəlxalq muğam festivalı ilə bağlı öz səhifələrində tənqidi fikirlər səsləndiriblər. Bundan xəbər tutan direktor isə Dövlət Xor Kapellasının bədii rəhbəri Gülbacı İmanova və "facebook" yazışmasında iştirak edən xorun digər üzvlərini kabinetinə dəvət edib və onlarla çox sərt danışıb. Sonda isə nə qədər qəribə səslənsə də onlara "Facebook"dakı yazışmalarına görə şiddətli töhmət verilib.

AzNews.az həmin sənədin üzünü sizə təqdim edir.

Bahar Rüstəmli
AzNews.az
image description image description
Bağla X