Sentyabr 18-də “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Rahibənin lənəti” dəhşət filminin jurnalistlər və ictimaiyyət nümayəndələri üçün nümayişi keçirilib. Sentyabr 18-də “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Rahibənin lənəti” dəhşət filminin jurnalistlər və ictimaiyyət nümayəndələri üçün nümayişi keçirilib.

“Rahibənin lənəti” Bakıda – film nümayişi

Sentyabr 18-də “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Rahibənin lənəti” dəhşət filminin jurnalistlər və ictimaiyyət nümayəndələri üçün nümayişi keçirilib.

AzNews.az xəbər verir ki, film Dolby Atmos formatında göstərilib.

Filmdə istifadə olunan orjinal dekorasiya ilə bəzədilmiş kinoteatrda dəhşət mühiti hökm sürüb. Həmçinin musiqi, furşet və içkilər də olub.

Filmin rejissoru Korin Hardidir. Aktyor heyətinə Taissa Farmiqa, Şarlott Houp, Bonni Aarons, Conni Koyn, İnqrid Bisu və başqaları daxildir.

Filmdə Rumıniyanın sakit və sirli bir guşəsində yerləşən kilsədən bəhs edir. Cavan rabihələrdən biri intihar edir. Vatikan hadisəni araşdırmaq üçün naməlum keçmişi olan keşişi və rahibə olmağa hazırşan gənc qızı göndərir. Təkcə həyatları deyil, həm də, inancları və ruhları ilə risk edən araşdırmaçılar rahibə cildinə girmiş qəzəbli güc ilə rastlaşırlar. Kilsə isə sağ və lənətlənmişlər arasında dəhşətli döyüş meydanına çevrilir.

Qirxu filmləri həvəskarları “Rahibənin lənəti” filmini sentyabrın 20-dən etibarən “CinemaPlus” kinoteatrlarında izləyə bilərlər.

AzNews.az