Gənc şair Fərid Hüseyn Dünya Yazarlarının 55-ci Beynəlxalq Belqrad Görüşündə iştirak edir. Gənc şair Fərid Hüseyn Dünya Yazarlarının 55-ci Beynəlxalq Belqrad Görüşündə iştirak edir.

Fərid Hüseyn Dünya Yazarlarının Belqrad görüşündə

Gənc şair Fərid Hüseyn Dünya Yazarlarının 55-ci Beynəlxalq Belqrad Görüşündə iştirak edir.

AzNews.az xəbər verir ki, builki görüşə 21 ölkədən (ABŞ, Kanada, İsrail, Türkiyə, Rumıniya, Yunanıstan, Fransa, Belarus, Rusiya, Ukrayna, Almaniya, Rumıniya, İtaliya, Çexiya və s.) 35 şair qatılıb.

Dünya Yazarlarının 55-ci Belqrad Görüşü 6 şairə həsr edilib: Federiko Qarsiya Lorka, Bertolt Brext, Rasktko Petroviç, Aleksa Şantiç, Desanka Maksimoviç, Miloş Çrhanski.

Şairlər 21-22 sentyabr tarixlərində qruplar şəklində bölünərək Serbiyanın 14 şəhərlərində ədəbi görüşlərdə iştirak edəcəklər. F.Hüseyn İndjija və Novi Sad şəhərlərində ədəbi görüşlərə qatılacaq. F.Hüseynin də yer aldığı ədəbi qrupda müxtəlif ölkələrdən – Lyudmila Kloçka (Belarus), Çvi Nir (İsrail), Balço Balçerv (Bolqarıstan) Miroslav Demak (Slovakiya) Erik Sabliç (Slovakiya) Yelena Sabliç Tomiç (Xorvatiya) Dorit Silverman (İsrail) – şairlər təmsil olunur.

Tədbirlə bağlı çap olunan antologiyada F.Hüseynin bioqrafiyası və “Qurşunların acığına” adlı şeiri serb dilində işıq üzü görüb.

Dünyanın nüfuzlu ədəbiyyat tədbiri sayılan Dünya Yazarlarının Beynəlxalq Belqrad Görüşündə vaxtı ilə Nobel mükafatı laureatları İosif Brodski, İvo Andriç, Çeslav Miloş və s. kimi dünya şöhrətli qələm adamları iştirak ediblər.

AzNews.az