Serb performans ustası Marina Abramoviçə Florensiyada hücum olunub. Serb performans ustası Marina Abramoviçə Florensiyada hücum olunub.

Marina Abramoviçə hücum olundu

Serb performans ustası Marina Abramoviçə Florensiyada hücum olunub.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Palazzo Strozzi muzeyində keçirilən sərgisi qeydə alınıb.

Yaşlı bir çex onun öz əksi olan tablo ilə rəssamın başına vurub.

Sky TG-24 kanalı isə bir kişinin sərgi zamanı rəssamın əzilmiş protretini Abramoviçə atdığını bildirib.

Performans ustasına hücum edən artıq saxlanılıb. Abramoviç həmin şəxsi məhkəməyə verməyəcəyini söyləyib.

Bidirilir ki, yanvar ayında eyni Çexiya vətəndaşı Florensiyanın Piazza della Signoria meydanındakı sərgidə də bir heykəli korlayıb.

Marina Abramoviç 1946-cı ildə Belqradda anadan olub. O, “Sənətkar iştirak edir”, “Məkanda münasibətlər” preformanslarından sonra məşhurlaşıb. 1997-ci ildə 47-ci Venesiya biennalesində nümayiş olunan “Sükutun enerjisi” işinə görə “Qızıl şir” mükafatına layiq görülüb.

AzNews.az