05:45
(077) 610-22-33

Nazir jurnalistləri mükafatlandırdı - SİYAHI

  • >
338 7 May 2013 16:30 | Mədəniyyət

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Heydər Əliyevin 90 illik yubileyilə əlaqədar geniş iclas keçirilib. Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov görkəmli şəxsiyyət Heydər Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində göstərmiş olduğu xidmətlərdən, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açıb.

Tədbir çərçivəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin "Sosial sabitlikdən rifaha" kitabının təqdimatı olub. Bundan sonra nazirlik tərəfindən elan edilən "Ümummilli lider Heydər Əliyev və Azərbaycan əhalisinin sosial müdafiəsi" mövzusunda yazı müsabiqəsinin nəticələrini elan edib və müsabiqənin qalibləri diplom və mükafatlar, həmçinin yazıları fərqlənənlərə həvəsləndirici mükafatlar təqdim olunub.

I yer – İlhamə Məmmədli (Trend)
II yer – Rəşad Cəfərli ("Azərbaycan" qəzeti)
III yer – Lalə Mehralı ("Gündəlik Teleqraf" qəzeti)

Həvəsləndirici mükafatlar:

Sevinc Osmaova ("Həftə içi" qəzeti)
Aytən Əliyeva (Modern.az)
Zeynəb Əliqızı ("Kaspi" qəzeti)
Emin Nəbili ("Üç nöqtə" qəzeti
İlkin Ağayev ("Palitra" qəzeti)

AzNews.az
Bağla X