07:57
(077) 610-22-33

İsrail mətbuatı Azərbaycandan yazdı

  • >
405 10 May 2013 08:38 | Mədəniyyət

"IsraelNationalNews" xəbər portalının Nyu York üzrə ofisinin müxbiri Mark Langfanın müəllifi olduğu "Azərbaycana sevgilərlə" başlıqlı məqalədə 2600 illik tarixə malik yəhudi icmasının əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda heç bir təhdid və məhdudiyyətlərə məruz qalmadan yaşadıqları və cəmiyyətin müxtəlif sferalarında təmsil olunduqları qeyd olunur. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, yazıda etnik rəngarəngliyi ilə hər zaman fəxr edən Azərbaycanın öz ərazisində məskunlaşmış etnik və milli azlıqlarına münasibətdə heç bir fərqin müşahidə edilmədiyi, eləcə də azlıqların nümayəndələrinin ölkənin müstəqilliyi uğurunda qəhrəmanlıqla vuruşduqları bildirilir.

Müəllif daha sonra diqqəti Azərbaycanın beynəlxalq arenada mövqeyi, xüsusilə qonşuları ilə münasibətinə çəkərək, şiə İranının Ermənistan-Azərbaycan münaqişəsində müsəlman Azərbaycanı deyil, xristian Ermənistanı dəstəkləməsinin onda böyük təəccüb doğurduğunu vurğulayır.

Qeyd edək ki, sözügedən məqalə ABŞ-dakı səfir Elin Süleymanovun Nyu York ştatının eyni adlı şəhərinə səfəri zamanı yəhudi mediasının nümayəndələri ilə keçirilmiş mətbuat konfransının yekunlarına əsasən dərc edilib.

AzNews.az
Bağla X