14:00
(077) 610-22-33

Universitetlər beynəlxalq simpoziuma hazırlaşır

  • >
751 28 Yanvar 2014 10:19 | Mədəniyyət


Türkiyənin Erciyəs Universiteti və Xəzər Universiteti Bakıda beynəlxalq simpozium keçirəcək.


AzNews.az xəbər verir ki, bu məqsədlə Xəzər Universitetnin təsisçisi, professor Hamlet İsaxanlının sədrliyi ilə mayın 26-28-də Türkiyənin Erciyəs Universiteti ilə birlikdə keçirilməsi planlaşdırılan "XXI əsrin pəncərəsindən mədəniyyət və kimlik" mövzusunda Beynəlxalq simpoziumun Təşkilat Komitəsinin geniş iclası keçirilib.

Təşkilat Komitəsinin ilk iclasında TK-nın Erciyəs Universitetindən olan üzvləri – professor Sevinc Üçgül, dosent Ali Küçükler, Erdem Erinc və Xəzər Universitetindən dosent Vurğun Əyyub, dosent Elza Səmədova, Əlövsət Əmirbəyli, İsaxan İsaxanlı, Lyudmila Sotova, Raziyə İsayeva, Ülkər İsayeva, Zülfiyyə Sadıqova, Baba Bayramlı, Muxtar Hacızadə, Elnurə Əzizova, Cabir Məmmədli və digərləri iştirak edib. H.İsaxanlı TK-nın Türkiyədən və Azərbaycandan olan üzvlərini salamlayaraq, simpoziumun əhəmiyyətindən danışıb.

İclasda öncə Erciyəs Universiteti tərəfindən hazırlanmış simpoziumun WEB saytı nümayiş etdirilib. TK-nın üzvləri görülən işlərlə tanış olub, dünyanın müxtəlif ölkələrindən TK-ya daxil olan tezislər nəzərdən keçirilib.

TK-nın üzvləri 3 gün ərzində simpoziumun keçirilməsi ilə bağlı bütün təşkilatı məsələləri müzakirə etdilər və təxmini büdcəsini müəyyənləşdiriblər. Hər bir tərəf üzərinə götürdüyü işləri həyata keçirərkən digər tərəfi məlumatlandırması, TK-nın Türkiyədən olan üzvləri simpoziumdan 3 gün əvvəl bir daha Bakı şəhərində toplaşması qərar alınıb.

Bahar Rüstəmli
AzNews.az
Bağla X