01:28
(077) 610-22-33

Gülər Əhmədova mahnı yazdı

  • >
1 187 24 Avqust 2012 12:17 | Mədəniyyət

Bu gün əməkdar artist Tünzalə Ağayevanın "facebook"da yeni mahnısının təqdimetmə mərasimi keçiriləcək. Bu barədə məlumatı AzNwes.az-a müğənninin prodüseri Yalçın Cabbarov verib.

Y.Cabbarovun bildirdiyinə görə, "Salamat qal" adlı mahnının sözləri millət vəkili Gülər Əhmədovaya məxsusdur. Musiqisi Tünzalə Ağayevanın olan bu mahnıya gələcəkdə klip də ekranlaşdırmaq nəzərdə tutulub.

Qeyd edək, Tünzalə Ağayeva həm də solo konsert proqramına hazırlaşır. Y.Cabbarovun fikrincə, sözügedən konsert xeyriyyə xarakteri daşıyır: "Tünzalə xanım avqustun 27-də böyük bir konsert layihəsi ilə çıxış edəcək. Bu konsert xeyriyyə məqsədi daşıyır. Müğənni belə qərara gəlib ki, həmin konsertdən əldə olunan vəsaiti zəlzələdən əziyyət çəkənlərə paylasın".

T.Ağayevanın bu konsert proqramı Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Lalə
AzNews.az
Bağla X