23:32
(077) 610-22-33

Dilçilik İnstitutunda monitorinq qrupu yaradılır

  • >
609 27 Avqust 2012 12:05 | Mədəniyyət

Diplomatik nümayəndəliklərdə dövlət dilinin işlənməsi vəziyyəti öyrəniləcək



Prezident İlham Əliyevin 2012-ci il mayın 23-də imzaladığı sərəncama əsasən hazırlanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramının ilkin variantı artıq hazırdır.

Sənəd respublikanın görkəmli elm xadimlərinin, ziyalıların rəyinin alınması üçün təqdim edilib. Bütün rəy və təkliflərin ümumiləşdirilməsi üçün yaxın zamanda son iclas keçiriləcək. Daha sonra sənəd baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Bu barədə məlumatı AzNews.az-a AMEA-nın Dilçilik İnstitutunun direktoru Fəxrəddin Vəliyev deyib.

Onun sözlərinə görə, proqramda Dilçilik İnstitutunun nəzdində Azərbaycan dilinin işlənməsi vəziyyətinin öyrənilməsi məqsədilə xüsusi monitorinq qrupunun yaradılması nəzərdə tutulur. Bu qrup yazılı və elektron informasiya vasitələrində, müəssisələrdə, diplomatik nümayəndəliklərdə, nazirliklərdə dövlət dilinin işlənməsi vəziyyətini öyrənərək zəruri təkliflərlə çıxış edəcək.

Qeyd edək ki, Dövlət Proqramının oktyabrda ölkə prezidenti tərəfindən təsdiqlənəcəyi gözlənilir.

E.Əlosmanqızı
AzNews.az
Bağla X