01:27
(077) 610-22-33

Zəlimxan Yaqub sirrini açmadı

  • >
896 28 Avqust 2012 19:02 | Mədəniyyət

Gürcüstanın Bolnisi rayonunda Xalq şairi Zəlimxan Yaqubun adını daşıyacaq "Poeziya evi"nin tikiləcək. Görəsən şair öz adını daşıyacaq "Poeziya evi"ində ilk olaraq, hansı tədbiri keçirmək fikrindədir? Suala cavab olaraq Z.Yaqub AzNews.az-a dedi ki, bunu sirr olaraq saxlayır: "Arzum var, amma gəlin onu hələ ki, sirr olaraq saxlayaq, açmayaq. Çünki bir arzu ki, açıldı daha onun önəmi qalmır.

İnşallah, Allah ömür versə, vaxt çatarsa, bu barədə açıqlama verərik". Şairin sözlərinə görə, Kəpənəkçidə inşası nəzərdə tutulan "Poeziya evi"nin tikintisi hələ başlanmayıb: "Hələ ki, bunlar sözdədir. Belə bir məsələ barəsində danışılsa da, adıma ucaldılacaq "Poeziya evi" hələ rəsmiləşdirilməyib".

Lalə
AzNews.az
Bağla X