18:57
(077) 610-22-33

Kəmaləddin Heydərovun mahnısı hazırdır

  • >
1 909 14 Aprel 2014 14:34 | Mədəniyyət

Azərbaycanın fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərov Xalq artisti Flora Kərimova, müğənni Röya üçün mahnı bəstələyəcəyi barədə xəbər vermişdik. Artıq Flora Kərimova üçün bəstənilən mahnının adı da məlumdur.

Bu barədə AzVision.az-a açıqlamasında nəğməkar -şair Baba Vəziroğlu deyib. Onun sözlərinə görə, adıçəkilən müğənnilərlə yanaşı K.Heydərov (Kamal) müğənni Yaşar Cəlilov üçün də mahnı bəstələyib: "Kamal müəllimlə işlədiyimiz iki mahnını xüsusilə qeyd etmək istəyirəm ki, onlardan biri səhnəmizin kolifey ulduzu Flora xanımın, digəri isə cavan müğənni Yaşar Cəlilovun ifasındadır. Yaşar Cəlilovun oxuduğu mahnının üzü artıq hazırdır. Bu gün ya sabah təqdimatı olacaq, həmin mahnı "Ulduzlu gecə" adlanır. Flora xanımın ifa etdiyi mahnının adı isə "Hər şey xatirədir". Flora xanımın mahnısı üzərində gərgin iş gedir. Onunla işləmək çox çətindir. Yaxşı mənada, çox kaprizli bir sənətkardır. Mahnının hər sözünü özünküləşdirir. Sonra ifaya qəbul edir. O, böyük sənətkar olduğu qədər də, tələbkar bir musiqiçidir. Həm sözə, həm musiqiyə, həm oranjmana qarşı çox tələbkardır".

B.Vəziroğlu həmçinin bildirib ki, müğənni Röyaya da bəstənilən mahnı hazırlıq ərəfəsindədir: "Röya xanımın da oxuyacağı mahnı Kamal müəllimin mahnısıdır. Həmin mahnı da artıq hazırlıq ərəfəsindədir. O mahnını Röya xanıma təqdim etmişik, adı şərtidir deyə, hələ elan etmirik, sürpriz olacaq. Mahnının melodiyası hazırdır ,ona müxtəlif variantlarda mətnlər yazıram".

AzNews.az
Bağla X