06:39
(077) 610-22-33

Teatr aləmində daha bir qalmaqal başlayır

  • >
731 31 Avqust 2012 13:36 | Mədəniyyət

Bəzi teatrların mövsüm açılışı tədbirinə dəvət olunmaması narahatlıq doğurub

Yeni teatr mövsümünə hansı teatr ocaqları qatılacaq? AzNews.az bu sualın cavabını Azərbaycanın teatrlarında axtardı.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Priyevin bildirdiyinə görə, onlar yeni mövsümə sentyabrın 20-də başlayacaqlar: "Biz hələ məzuniyyətdəyik. Teatr mövsümü sentyabrın 15-də açılacaq. Hər il keçirilən bayrama biz də dəvət alırıq. Amma hələ ki, dəvət gəlməyib. Əgər dəvət gəlsə, biz də repertuarımızdakı tamaşaların biri ilə çıxış edəcəyik. O ki, qaldı mövsüm açılışına bu, sentyabrın 20-də olacaq. Həmin günü tamaşaçılarımızı Hidayətin "Vətəndən ağırdır, vətənin yükü" adlı tamaşa ilə salamlayacağıq".

Lənkəran Dövlət Dram Teatrının aktyoru, xalq artisti Qabil Quliyevin sözlərinə görə, kollektiv sentyabrın 15-də keçiriləcək bayrama dəvətlidir: "Biz hər il yeni teatr mövsümünü Bakı Şəhərində açırdıq. İki ildir ki, bu ənənə rayonlarda həyata keçirilir. Biz teatr açılışında "Yaşanmayan gənclik" əsəri əsasında hazırlanan tamaşa ilə çıxış edəcəyik".

Uşaq Teatrının direktoru İntiqam Soltanın sözlərinə görə, kollektiv bu il keçiriləcək yeni teatr mövsümünə dəvət almayıb: "Biz yeni teatr mövsümünə dəvət almamışıq. Uşaq Teatrı Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir. Düşünürük ki, bəlkə bizi buna görə yeni teatr mövsümündən kənarda saxlayırlar? Amma biz teatr olaraq, bu bayrama biganə qalmayacağıq. Sentyabrın 15-də teatrın binasında bayram tədbirii düzənlənəcək. Teatrın repertuarında olan tamaşalardan parçalar təqdim edəcəyik. Bayramı nəzərə alaraq, həmin günü tamaşaçılar şənliyə pulsuz baxacaq".

Qeyd edək ki,  Azərbaycan teatrının 140-cı teatr mövsümünün sentyabrın 15-ə təyin edilən açılış mərasimi Fizuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən Füzuli Dövlət Dram Teatrının qarşısında baş tutacaq. 

Bahar Rüstəmli
AzNews.az
Bağla X