03:19
(077) 610-22-33

“Ölü dildə sevgi məktubları”ndan “Bir həyatdan çox”-a

  • >
3 017 23 Aprel 2014 11:14 | Mədəniyyət

AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir.

Layihənin budəfəki qonaqları şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, Milli Şuranın Hüqüq Komissiyasının sədri Vidadi Mirkamal, "Dərviş" prodüser Mərkəzinin rəhbəri Əli İsa Cabbarovdur.

Qulu Ağsəs yazıçı-publisist Firuz Mustafanın "Ölü dildə sevgi məktubları" adlı kitabını oxuyur: "Sonuncu kitablardan Firuz Mustafanın "Öli dildə sevgi məktubları" kitabını oxudum. Bu özünə ayrıca yer tuta bildi. Eyni adlı hekayə eşqin ölü dildə belə ölməzliyindən danışır. "Çin olan yuxular"ı görmək üçün on bes dəqiqə yatmayın. Və nəhayət , kitabda bəyəndiyim hekayənin üçüncüsü - "Göyəm kolları. Chisek". Belə mükəmməl strukturu haradan tapasan ilin-günün bu vaxtında?.."

Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal isə "Söz xəzinəsi" kitabını oxuduğunu dedi: "Sonuncu oxuduğum kitab "Söz xəzinəsi"dir. Kitabda aforizmlər, müdrik sözlər və maraqlı tarixi faktlar yer alıb. Yeni yazılan kitabları demək olar ki oxumuram. Amma buna paralel olaraq iri həcmli oxuduğum daha bir kitab - "Həmidə xanımın xatirələri" kitabıdır. O dövrün öyrənilməsi baxımından çox maraqlı əsərdir".

"Dərviş" Prodüser Mərkəzinin rəhbəri Əli İsa Cabbadov Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynovun "Bir həyatdan çox" kitabını oxuyub: "Son olaraq keçmiş DTK sədri Vaqif Hüseynovun "Bir həyatdan çox" kitabını oxumuşam. Azərbaycanın son 40 illik tarixi haqda ən maraqlı kitablardan biridir. Hamıya məsləhət görürəm".

Bahar Rüstəmli
AzNews.az
Bağla X