00:31
(077) 610-22-33

Tanınmışlar Cavad Heyətlə vida mərasimində -FOTO (Yenilənib)

  • >
2 135 15 Avqust 2014 14:34 | Mədəniyyət

Hazırda Məşhur azərbaycanlı cərrah, professor Cavad Heyətlə vida mərasimi keçirilir.

Bu gün Elmlər Akademiyasında mərhum Cavad Heyətlə vida mərasiminə bir çox tanınmış simalar iştirak edib. Modern.az xəbər verir ki, Cavad Heyətin anma mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, BDU-nun rekroru, akademik Abel Məhərrəmov, Bilik Fondunun rəhbəri Kamal Abdulla, xalq şairi Fikrət Qoca, Nizami Cəfərov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak ediblər Cavad Heyətin ölümündən çox mütəəssir olduqlarını deyiblər:

Mərkəzi Seçki Komissiyasını sədri Məzahir Pənahov: "Cavad Heyət hər iki ölkənin dəyərli şəxsi idi. Onun yaratdığı "Varlıq" jurnalı Azərbaycan xalqının ədəbi-mədəni irsidir. Bütün xalqımıza başsağlığı veririəm".

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov: "Bütün dünya Azərbaycanlılarının dərin hüznlə başsağlığı verirəm. Çox dəyərli bir şəxsiyyəti itirdik". Milli Məclisin deputatı Nizami Cəfərov: "Cavad Heyət təkcə həkim kimi deyil. Türkologiyaya gətirdiyi dəyərli töhvələrlə də yaddaşlarda qalacaq. Allah rəhmət eləsin".

***
13:51

"Qafqazinfo"nun məlumatına görə, AMEA-nın əsas binasında baş tutan mərasimdən sonra professor Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Cavad Heyət avqustun 12-də səhər saatlarında dünyasını dəyişib.

Cavad Heyət ötən ayın əvvəlindən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, qansızlıq və pnevmaniya diaqnozu ilə müalicə olunsa da, həkimlər vəziyyətini yaxşılaşdıra bilməyiblər.

AzNews.az
Bağla X