10:11
(077) 610-22-33

Sevgi “piroqu”- Məhəbbət və seks haqqında...

  • >
6 180 18 Avqust 2014 14:43 | Mədəniyyət

AzNews.az Barbara de Anjelisin “HƏR BİR KİŞİNİN BİLMƏSİ VACİB OLAN QADINLAR HAQQINDA SİRLƏR“

kitabını ixtisarlarla, hissə-hissə təqdim edir. Bu kitabda ailələri və çütlükləri narahat edən çox vacib suallara cavab tapılır. Məhəbbət, seks və qarşılıqlı
münasibət haqqında olan bu əsər "Qanun" nəşriyyatına çap edilib. Tərcüməçisi Nəzakət Ağayeva, redaktoru: Elçin Zahiroğludur.

Qeyd edək ki, Barbara de Anjelis dünya şöhrətli psixoloq, şəxsiyyətlərarası münasibətlər üzrə ekspertdir. Onun kitablarını oxuyan hər qadın özünü daha yaxşı dərk etməyi, kişilər isə partnyorunun məhəbbətə, seksə, ünsiyyət və yaxınlığa olan münasibətini anlaya biləcək.




(Əvvəli burada)

(ıı HİSSƏ)

→ Sevgi "piroqu"
Qadınların sevgiyə və şəxsi əlaqələrə olan münasibətinin çox sadə və əyani yolu var. Mən onu "Sevgi piroqu" adlandırıram.
İki dairəvi qatdan ibarət piroq təsəvvür edin. Onlardan biri kişi, digəri isə qadın şüurunu ifadə edir. İndi isə hər dairədən kəsilmiş hissəni – təqribən piroqun onda bir hissəsini təsəvvür edin. Kişi dairəsinə aid olan piroqdan kəsilmiş hissə onun şüurunun sevgi və şəxsi münasibətlər hissəsini təmsil edəcək. Piroqun yerdə qalan onda doqquz hissəsi isə iş, hobbi, şəxsi planları və digərlərini ifadə edəcəkdir.
Qadın dairəsinə aid olan piroq hissəsində isə vəziyyət tamamilə başqadır. Nazik hissə – iş, hobbi, şəxsi planlar və layihələr ifadə edir. Piroqun yerdə qalan hissəsi isə şüurun sevgiyə, ailə həyatına və şəxsi münasibətlərə aid olan hissəsini təmsil edir!
Olduqca vacib bir məsələni yadda saxlayın. "Sevgi piroqu" vaxtımızın bölgüsünü əks etdirmir. Bu diaqrama əsasən insanın sevgiyə və digər işlərə ayırdığı vaxt həcmini anlamaq mümkün deyil. O məşğuliyyətimizdən asılı olmayaraq, yalnız bizim şüurumuzun vəziyyətini əks etdirir. Məsələn, qadın ərindən az vaxt sərf etmədən həm evdə, həm də evdən kənarda var gücü ilə karyerasını qura bilər. Bu heç də vaxtının onda birini işinə, yerdə qalan vaxtını isə erotik alt paltarının axtarışına, sevgi şeirlərinin yazılmasına və seksual fantaziyalara sərf etməsi demək deyil. Başımı verərəm ki, hətta işdə belə o, əri haqqında düşünməkdən vaz keçmir, onun fikirləşdiyindən də çox fikirləşir. O daim emosional vəziyyətini, şəxsi münasibətlərinin inkişaf ritmini təhlil edir və yəqin ki, əri ilə daha yaxın olmağı arzulayır.
Qadınlara "sevgi piroqu"ndan danışanda bəzən mənimlə razılaşmırlar. Onda uşaqları düşünməyin də sevgiyə aid olmasını yadlarına salıram. Tənha analara bu çox yaxşı məlumdur. Onların kişi ilə intim əlaqəsi olmasa belə, şüuru yenə də sevgiyə yönəlib, vaxtının çoxunu uşaqlarına olan sevgiyə və qayğıya sərf edir. Hətta ərdə olan qadınların çoxu "sevgi piroqu"nun böyük hissəsini kişilərinə yox, məhz uşaqları ilə bağlı olan hisslərə ayırır. Bunun düzgün olub-olmaması başqa söhbətin mövzusudur, ancaq diaqramının mənası buna görə dəyişmir. Qadın, qadın olaraq qalır və onun üçün ümdə olan şey sevgidir.


→ Qadınlar və kişilər fərqli sevirlər

Çoxillik araşdırmalar, həmçinin şəxsi təcrübəmə əsaslanaraq kişi və qadınların fərqli sevdiklərinin nəticəsinə gəlmişəm.
Qadınların çoxu üçün sevgi – arası kəsilməyən reallıq, hətta işlədiyimiz zaman və məhəbbətlə əlaqəsi olmayan işlərlə məşğul olanda belə, heç vaxt yox olmayan daimi duyğudur.
Kişilərin əksəriyyəti üçün isə sevgi bölünüb: bu, kişilərin özləri üçün təyin etdikləri görüşdür.
Qadınlara sevgi halına keçmək lazım deyil – onların bunu ifadə edib-etməməsindən asılı olmayaraq, vaxtın çoxunu məhz sevgi içində olurlar. Əksinə, kişilərin əksəriyyəti başa düşərəkdən sevgi vəziyyətinə keçməlidirlər.


Kişi və qadının şüurunu çoxotaqlı ev kimi təsəvvür edin. Otaqlar şüurun müxtəlif sahələrini ifadə edir – iş "otağı", bədən "otağı", istirahət "otağı" və s. Qadınların əksəriyyətində şüurunun hər "otağı" – onun başqa fəaliyyət növünə aid olmasından asılı olmayaraq yenə də sevgi "otağı"dır. Qadın evinin hər yeri sevgi üçün istifadə edilir. Bu əsl SEVGİ EVİDİR!
Kişilərdə isə yalnız bir sevgi "otağı" var. Əgər kişi diqqətini sevgi və şəxsi münasibətlərə cəmləmək istəyirsə, o digər "otaqları" bağlayıb, sevgi "otağı"na getməlidir.

→ Qadınlar üçün sevgi niyə əsasdır
Yəqin ki, artıq siz qadın və kişinin sevgiyə olduqca fərqli münasibət bəslədiyini anlamağa başlamısınız? Məhz bu fərqliliyə görə biz özümüzü bir şəxsiyyət olaraq müxtəlif cür dəyərləndiririk.
Qadınlar sevmək və ünsiyyət saxlamaq sahəsində müvəffəqiyyətinə görə özünü müəyyənləşdirir və dəyərləndirir.
Kişilər isə əldə etmək və həyata keçirmək işindəki müvəffəqiyyətinə görə özünü müəyyənləşdirir və dəyərləndirir.

→ Qadınlar kişilərin nəyi anlamalarını istəyirlər
Bəzən qadınlar sizin şəxsi münasibətlərə diqqətsizliyinizi nifrət və laqeydlik kimi qəbul edir.
Məhz bu səbəbdən də kişilər onları həyatlarının əsası hesab etmədikdə, qadınlar narahat olur və inciyirlər. Qadınlar kişilərdən şəxsi münasibətlərə onlar qədər diqqət yetirmələrini və onları sevdikləri qədər sevmələrini istəyirlər.


→ Məhəbbəti həyatlarının əsası hesab edən qadınlar nə edirlər
Biz şəxsi münasibətlərə vaxt və güc sərf etməyə həmişə hazırıq.

● Biz sevimli kişi ilə söhbət etmək, onun yanında olmaq, əlaqələrimizin qırılmaması üçün əlimizdən gələni etməyə çalışırıq.
● Birgə planlar qurmaq, xüsusi xatirələr yaratmaq istəyirik.
● Münasibətlərimizin yaxın, möhkəm və uzunmüddətli olması üçün əlimizdən gələni etmək istəyirik.
→ Kişilər bütün deyilənləri necə düzgün izah etmirlər
● Bizləri yetərincə müstəqil hesab etmirsiniz.
● Bizləri olduqca tələbkar hesab edirsiniz.
● Bizləri özümüzə arxayın olmayan hesab edirsiniz.
● Düşünürsünüz ki, sizi nəzarətdə saxlamaq istəyir, bizə vaxt ayırmağa və diqqət yetirməyə məcbur edirik.


→ Qadınlar kişilərin nəyi anlamalarını istəyirlər

Qadınlar sevgini öz işləri hesab edirlər.
Bax elə bu səbəbdən də həmişə onun üzərində işləməyə hazırıq. Əgər şəxsi münasibətlərimizdə işlərin düzgün getmədiyini görəndə, işin öhdəsindən gəlmədiyimizi düşünürük.

Məhəbbət – qadınlar üçün əsasdır, odur ki, onu qorumağı və möhkəmləndirməyi özlərinə borc bilirlər.
Münasibətlərimizin taleyindən narahat olduğumuza, mövcud gərginliyi aradan qaldırmağa çalışdığımıza, məsələlərin böyüyərək daha ciddi forma almaması üçün səy göstərməmizə dəyər vermənizi istəyirik.
Şəxsi münasibətlərimiz üzərində işləməyə həvəs göstərməməyimiz və hazır olmağımızı məhz sizə olan sevgimizin ifadəsi kimi qəbul etmənizi istəyirik, bunu əlçatmaz mükəmməlik və əbədi məmnun qalmamaq cəhdimizin əlamətləri kimi qəbul etməyinizi istəmirik.
Münasibətlərin yaxşılaşdırılması üçün bizim hazır olmağımızı tamamilə normal hal kimi qəbul etmənizi və onların üzərində birgə işləmək istəyinə cavab vermənizi istərdik, sadəcə, hər şeyi bizim edəcəyimizi gözləməməyi və bizi "kürəkdə tikan" kimi qəbul etməməyinizi istərdik.

→ Sevmək bacarığınıza dəyər verməyi öyrənin
Mən qadınlara özlərini olduqları kimi qəbul etməyi və sevməyi, sevmək qabiliyyətlərini dəyərləndirməyi bacarmaqda kömək etmək istəmişəm.

→ Qadınlara nəyi bilmək lazımdır

İncə, sevən ürək – qarğış deyil, yuxarıdan göndərilmiş xeyir-duadır. Dərin, səmimi və sədaqətli sevgi – səhv deyil, verilmiş nemətdir.
Sevginin sizin üçün həyatda əsas olması zəifliyiniz deyil, qadın olmağın aliliyidir.
Şəxsi faciə yaşamış qadınlarla işləyəndə, onu da anladım ki, onlarda yaxınlığa və sevgiyə dartan qüvvə azalmayıb – sadəcə onların yaxınlıq və sevgini tapmaq cəhdləri dəyişib. Bəlkə də zahirən onların "sevgi piroqu" kişilərin piroquna bənzəyə bilər, əslində isə daxili "sevgi piroqu" əvvəlki olaraq qalır.



Qeyd: Kitabı əldə etmək istəyənlər "Qanun" nəşriyyatına müraciət etsinlər.
Bağla X