03:31
(077) 610-22-33

Uşaq Teatrının şimal səfəri başlayır

  • >
456 14 Sentyabr 2012 20:24 | Mədəniyyət

Bakı Uşaq Teatrı bölgələrə səfər edəcək. Bu barədə məlumat AzNewş.az-a teatrın direktoru İntiqam Soltan tərəfindən verilib.

Qeyd edək ki, teatr sentyabrın 25-26-27-si Azərbaycanın şimal rayonlarında qastrolda olacaq. İ.Soltanın bildirdiyinə görə, səfər Şabran rayonundan başlayacaq: "Sentyabrın 26-da Şabran rayonunda olacağıq. Orada "Həyat və oyun" adlı tamaşa ilə çıxış edəcəyik. Bu narkomaniya ilə əlaqədar olan bir mövzudur. Uşaq Teatrı həmişə bu mövzunu diqqətdə saxlayıb".

Teatr sentyabrın 26-da Quba və Qusarda, sentyabrın 27-də isə Xaçmaz və Xızı rayonlarında olacaq.

Bahar
AzNewş.az
Bağla X