14:15
(077) 610-22-33

“Ağlamaq qadağandır” məhkumlar qarşısında

  • >
532 21 Sentyabr 2012 20:20 | Mədəniyyət

Mədəniyyət və Turizm Nazirliyi ilə Pentensiar xidmət arasında imzalanmış 2012-ci il üçün tədbirlər planını davam edir.

Qeyd edək ki, bu tədbirlər planı çərçivəsində Musiqili Komediya Teatrı 7 saylı cəzaçəkmə müəssisəsində "Ağlamaq qadağandır" adlı tamaşa ilə çıxış edib.

Xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Xanım Qafarova, Çingiz Əhmədov, aktyorlar Novruz Əliyev, Elvin Əliyev, Möylə Mirzəliyev, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov və Nigar Qarayevanın, baletmeyster Zakir Ağayevin rəhbərliyi ilə balet truppasının çıxışları məhkumlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev söhbət zamanı belə sosial layihələri gələcəkdə də davam etdirəcəklərini bildirib.

Bahar
AzNews.az
Bağla X