11:41
(077) 610-22-33

Afaq Bəşirqızı palataya köçürülüb

  • >
567 29 Sentyabr 2012 09:35 | Mədəniyyət

Ürəyindən cərrahiyyə əməliyyatı olunan Azərbaycanın xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı palataya köçürülüb. Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya verilən məlumata görə, xalq artisti bu gün səhər saatlarında palataya köçürülüb. Xəstəxanadan A. Bəşirqızının vəziyyətinin stabil olduğunu bildiriblər. Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında Afaq Bəşirqızının ürəyində İtaliyadan dəvət olunmuş ürək-damar cərrahının iştirakı ilə cərrahiyyə əməliyyatı aparılıb.

AzNews.az
Bağla X