14:36
(077) 610-22-33

Azərbaycanlı aktrisa komaya düşdü: iki barmağı kəsildi

  • >
3 927 6 Mart 2015 17:23 | Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Kübra Dadaşovanın səhhəti pisləşib.


Aktrisanın qızı, eyni teatrın aktrisası Təhminə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, anası koma vəziyyətindədir: "Anam şəkər xəstəsidir. Hazırda xəstəxanada ağır vəziyyətdədir. Onun iki barmağı kəsilib. Ayağına keçmək üzrədir. Biz heç bilmirik, o, sağ qalacaq, yoxsa yox".

T.Məmmədova qeyd edir ki, həkimlər bütün cəhdlərlə anasının səhhətini düzəltməyə çalışır: "Sağ olsun həkimlərimiz, anamı müalicə etmək istəyirlər. Ancaq şəkər çox pis xəstəlikdir. Anam iki dəfə əməliyyat olunub. İndi vəziyyəti elədir ki, həkimlər heç əməliyyata da icazə vermirlər. Anam istəmir ki, kimsə onu bu vəziyyətdə görsün. O, insanların yaddaşında olduğu kimi qalmaq istəyir, bu vəziyyət yox. Biz yenə də Allaha dua edirik".
Bağla X