16:24
(077) 610-22-33

Yeni “Şəngülüm, Şüngülüm, Məngülüm” - Tamaşa

  • >
1 921 1 Aprel 2015 11:44 | Mədəniyyət

Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır.



Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu AzNews.az-a bildirib ki, teatrda yeni uşaq tamaşasının məşqlərinə start verilib.

Mikayıl Müşviqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm" əsərinin motivləri əsasında hazırlanan tamaşa "Dəcəl çəpişlər" adlanır. Tamaşanın müəllifləri O. Zülfüqarov və R. Heydər, quruluşçu-rejissoru Əhəd Hacıyevdir.

"Bir sıra yeni obrazların əlavə olunduğu tamaşamızın yaradıcı heyyəti əsasən gənclərdən ibarətdir. Bizlərə göstərilən bu etimad teatrımızda gənclər üçün yaradılan yüksək yaradıcı şəraitin, gənclərə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir",- deyə Əhəd Hacıyev tamaşayla bağlı danışarkən bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada əsas obrazları Güldanə Əzimova, Gülçöhrə və Gülnarə Abdullayevalar, Mehriban Zalıyeva, Əlif Cahangirov, Zinyət Qurbanova, Şaban Cəvərov, Fərid Rzayev və başqaları ifa edirlər.

Bahar RÜSTƏMLİ
Bağla X