18:51
(077) 610-22-33

Musiqili Teatr Masallıda konsert verəcək – Heydər Əliyev-92

  • >
1 297 7 May 2015 15:05 | Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mayın 9-da Masallı rayonunda keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirdə bayram konserti ilə çıxış edəcək.


Bu barədə AzNews.az-a teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib. Onun sözlərinə görə, teatrın direktoru Əliqismət Lalayev bu tədbirə dəvət olunmaqlarından məmnun qaldığını söyləyib.

Ə.Lalayev həmin tədbirlə bağlı fikirlərini belə ifadə edib: "Belə möhtəşəm tədbirlərdən biri də Masallı rayonunda təşkil olunub. Masallı rayon rəhbərliyinin və Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin dəvətilə bizim teatrın kollektivi də bu tədbirdə çıxış edəcək. İnanıram ki, Səidə Şərifəliyeva, Gülnarə Əzizova, Əlif Cahangirov, Leyla Məmmədova öz çıxışları ilə bu bayram konsertinə xüsusi rəng qatacaqlar."

AzNews.az
Bağla X