02:42
(077) 610-22-33

“Düşmən min mərmi atsa da, tərpənən deyilik”

  • >
3 465 2 May 2016 11:25 | Region

Prezident İlham Əliyevin cəbhə bölgəsinə gəlib insanlarla görüşündən sonra camaatda olan əhval-ruhiyyə birə-beş artıb.


Bunu Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısının sözlərin görə, camaat bir daha əmin oldu ki, belə bir çətin vaxtda, ağır şəraitdə dövlət başçısı öz ailəsi birgə o insanların dərdinə şərik olur: "Bu elə bir şeydir ki, rəhbərin gəlişi, özü də ailəsi ilə birgə birbaşa hadisə yerində olması insanlar tərəfindən qürur hissi ilə qarşılandı. İndi ermənilər ora lap günlərlə minlərlə mərmi də atsa, onların heç biri oradan tərpənəsi deyil. Niyə? Çünki onlar da öz rəhbərinə sədaqət nümayiş etdirəcəklər. Cənab prezidentin gəlişinə qədər əgər gecələr 50-60 adam gecələr ailəsini evdən sığanacıqlara çıxarırdısa, bu gecə heç 10 adam da çıxmayıb. Hesab edirəm ki, bundan sonra hər kəs öz evində çox rahat yatacaq. İnsanlarda dövlətə və prezidentə böyük inam hissi var. Onlar artıq əmindirlər ki, dövlət başçısı daim onların yanındadır".

R.Məmmədov, həmçinin qeyd edib ki, dövlət başçısının göstərişi ilə dağılmış evlərin bərpa olunması, insanların öz ev-eşiyinə qayıdıb yaşaması ilə bağlı ardıcıllıqla hansı işlərin görüləcəyi həftə ərzində bilənəcək və tez bir zamanda lazımi tədbirlər görüləcək.

Milli.az
Bağla X