Şəkidə güclü yanğın baş verib. Şəkidə güclü yanğın baş verib.

Kənd sakinlərinin qorxu dolu gecəsi - “Qapını açıq qoyduq ki, iylənməsin”(Video + Foto)

Şəkidə güclü yanğın baş verib.


AzNews.az Region TV-yə istinadən xəbər verir ki, Şəkinin Şirinbulaq kəndi ərazisində taxıl sahələrində başlayan yanğın küləyin təsiri ilə güclənərək yaşayış evlərinə yan alıb.

Nəticədə Abdullayev Xalid Abdul oğluna məxsus ümümi sahəsi 60 m² olan olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılmış 5 ton ot bağlaması və tövlədə olan 1 m³ taxta materialları yanıb. Bundan başqa kənd ərazisində olan ot tayaları da yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə bölməsinin texnikaları və canlı qüvəsi cəlb olunub.

Xalid Abdullayev - zərərçəkən:"2 maşın ot yanıb. Qoyunlar tələf olub. Yarısını çıxardım, yarısı içəridə qaldı. Qapını açıq qoyduq ki, iylənməsin".

Yanğın küləyin təsiri ilə gecə saatlarında Təpəcənnət kəndi istiqamətində irəliləyib və kənddəki yaşayış evləri üçün təhlükə yaradıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə kənd camaatının da səyi ilə gecə saatlarında yanğının güclənməsinin qarşısı alınıb, digər tikililər mühafizə olunub. Ümumilikdə isə 60 ha biçilmiş taxıl sahəsi, 500 hektar dağlıq ərazi yanıb.