Ukraynanın birinci prezidenti Leonid Kravçuk bəyan edib ki, Rusiya öz mövcudluğunu dayandıra bilər. Ukraynanın birinci prezidenti Leonid Kravçuk bəyan edib ki, Rusiya öz mövcudluğunu dayandıra bilər.

Rusiyanın son günü olacaq - Ukraynanın birinci prezidenti

Ukraynanın birinci prezidenti Leonid Kravçuk bəyan edib ki, Rusiya öz mövcudluğunu dayandıra bilər.


Onun fikrincə, əgər Kremldə kiminsə ağlına Ukraynanı özünü tabe etdirmək ideyası gələrsə, bu, Rusiyanın son günü olacaq.

O, əlavə edib ki, müstəqilliyinə təhlükə olacağı təqdirdə, Ukrayna təslim olmayacaq: "Əgər hətta belə zənn edək ki, Rusiya ölkəni özünü tabe etdirəcək, o halda belə saxlamağa gücü çatmayacaq. Bütün dünya Rusiyanı təkcə sanksiyalarla təcrid etməyəcək, həm də bütöv dövlət kimi mühasirədə qalacaq".

Kravçuk Ukraynanın ilk prezident və Ali Radanın ilk sədri olub. O, dövlət başçısı postunu 1991-1994-cü illərdə tutub.


Modern.az