18:59
(077) 610-22-33

Qırmızı körpüdə deportasiya qalmaqalı - EKSKLÜZİV

  • >
2 479 3 Dekabr 2012 17:09 | Region

Gürcüstan azərbaycanlıları 400 manat cərimələnir



"Son zamanlar iş dalınca Azərbaycana üz tutmuş etnik azərbaycanlıların Gürcüstana kütləvi deportasiyası başlayıb. Hazırda Azərbaycanın Gürcüstanla sərhədində yerləşən Qazax rayonu ərazisindəki Qırmızı körpü gömrük-keçid məntəqəsində minlərlə Gürcüstan azərbaycanlıları toplaşıb".

Bu barədə Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli AzNews.az-a məlumat verib. Azərbaycanda qanunsuz fəaliyyət göstərən Gürcüstan azərbaycanlılarının hazırda bir sıra problemlərlə qarşılaşdığını diqqətə çatdıran Z.Məmmədli bildirib ki, xarici vətəndaşlığı olmayan şəxslərlə bağlı qanunvericilik tələblərini pozduğuna görə Gürcüstan azərbaycanlıları 400 manat cərimələnir.

Z.Məmmədlinin sözlərinə görə, etnik azərbaycanlıların cərimələnməsi ilə bağlı qanun 10 ildən çoxdur ki, qəbul olunsa da, bu insanlara xəbərdarlıq edilmədən qəfil deportasiya prosesinə start verilib: "Əvvəla, bu insanlar məlumatsızdırlar. Ona görə də onları deportasiya etməmişdən əvvəl xəbərdarlıq olunmalı idi. Hazırda kütləvi şəkildə bu insanlar cərimələnirlər. Bütün bunlar isə Azərbaycan dövlətçiliyi başında duranlara inamsızlığı artırır. Biz bu məsələ ilə bağlı artıq Prezident İlham Əliyevə və aidiyyatı qurumların rəhbərlərinə müraciət etmişik. Hesab edirəm ki, bu cür addım müəyyən siyasi mahiyyət daşıyır".

Qeyd edək ki, hazırda Azərbaycanda 30 minə qədər Gürcüstandan olan etnik azərbaycanlı yaşayır.

Vasif Həsənli
AzNews.az
Bağla X