03:25
(077) 610-22-33

Azərbaycanda 22 sm hündürlükdə qar yağdı

  • >
3 579 3 Noyabr 2016 10:53 | Region

Ötən gün axşam saatlarından başlayaraq, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağıb.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsində ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burda qarın hündürlüyü 22 sm-ə çatıb. Quba rayonu, Qırız kəndi ərazisinə isə 17 sm-dək qar yağıb. Xınalıqda qarın hündürlüyü 11 sm-ə çatıb. Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb. Burda temperatur -13 dərəcə şaxta olub.

AzNews.az
Bağla X