Torpaq sürüşməsi bu dəfə Qobustan rayonunda qeydə alınıb. Torpaq sürüşməsi bu dəfə Qobustan rayonunda qeydə alınıb.

Qobustanda torpaq sürüşməsi - Video + Foto

Torpaq sürüşməsi bu dəfə Qobustan rayonunda qeydə alınıb.


ARB Şəki xəbər verir ki, rayonun Çuxanlı kəndində ötən illərdə yaşanan torpaq uçqunu bir həftədir ki, yenidən aktivləşib. Ərazidə mövcud olan sürüşmə zolağı miqyasca böyük olsa da sonuncu sürüşmə nöqtəsində 1-2 metrlik yarğanlar yaranıb. Yağışlardan sonra yamaclarda kiçik yarğanlar əmələ gəlib.

Sürüşmə zolağının üzərində bir ev yerləşir. Ev sahibinin sözlərinə görə, torpaq qatının altında çox sayda qurunt suları yığılıb ki, bu da sürüşmələrə səbəb olur. Sürüşmə bu cür davam edərsə, yaxınlıqdakı ev təhlükə artına düşə bilər. Qarşısı alına bilməyən torpaq qatı yuxarıdan evə doğru hərəkət edir. Mövcud problemlə bağlı rayon FHK -na məlumat verlib.

Xatırladaq ki, sonuncu dəfə həmin ərazidə 2010-cu ildə böyük uçqunlar qeydə alınıb.

AzNews.az


image description image description