05:14
(077) 610-22-33

Qarsda ermənilərə qarşı mitinq keçiriləcək

  • >
241 8 Dekabr 2012 09:02 | Region

Əsassız erməni iddiaları ilə mübarizə dərnəyi dekabrın 22-də Qarsda mitinq keçirəcək. Mitinq Fransada qondarma "erməni soyqırımı"nın dərsliklərə salınmasına və Avstraliyanın Yeni Uels ştatının məclisi tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasına etiraz məqsədi daşıyacaq.

Dünya Azərbaycanlıları Konqresinin məlumatına görə, aksiya vaxtilə türk diplomatının Fransada qətlə yetirildiyi tarixə planlaşdırılır. Aksiyanın Qars şəhərində keçirilməsi isə Türkiyənin Ermənistanla sərhəd bölgələrində yaşayan azərbaycanlılarda ruh yüksəkliyinin qaldırılması məqsədi daşıyır.

Bundan əvvəl sözügedən dərnək Beynəlxalq Diaspor Mərkəzinin fəalları ilə birlikdə bir müddət öncə Qarsda bir neçə hotelin qarşısında qaldırılmış erməni bayrağının endirilməsinə nail olub. Əsassız erməni iddiaları ilə Mübarizə Dərnəyi 2002-ci ildə İğdır şəhərində yaradılıb və məqsədi qondarma "erməni soyqırımı"na, həmçinin, ermənilərin Türkiyəyə qarşı əsassız iddialarına qarşı mübarizə aparmaqdır.

Dərnəyin Türkiyənin 7 şəhərində və 4 bölgəsində nümayəndəlikləri var. Yeni yaradılan Anadolu Qadınlar Dərnəyi və Dünya Gənclik Klubu isə Əsassız erməni iddiaları ilə Mübarizə Dərnəyinin qollarını təşkil edir.
Qurum gələcəkdə təşkilatların sayını artıraraq federasiya şəklində fəaliyyət göstərməyi planlaşdırır.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X