Dağlıq Qarabağ məsələsində vasitəçilik Rusiyanın xarici siyasətinin yeni konsepsiyasına daxildir. Dağlıq Qarabağ məsələsində vasitəçilik Rusiyanın xarici siyasətinin yeni konsepsiyasına daxildir.

Dağlıq Qarabağ məsələsində Rusiya siyasəti

Dağlıq Qarabağ məsələsində vasitəçilik Rusiyanın xarici siyasətinin yeni konsepsiyasına daxildir.



Bu barədə Rusiya XİN-in rəsmi saytı məlumat verir.
Məlumatda deyilir ki, Rusiya Federasiyasının xarici siyasətinin konsepsiyası 2013-cü il fevralın 12-də Prezident Vladimir Putin tərəfindən təsdiqlənib.
Sənəddə RF-nin xarici siyasət fəaliyyətinin baza prinsipləri üzrə baxışlar sistemi, prioritet istiqamətləri, hədəf və vəzifələri təqdim olunub.
Habelə konsepsiyada deyilir ki, Rusiya MDB məkanında münaqişələrin siyasi-diplomatik yolla nizamlanmasında, Dağlı Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər üzvü olan həmsədr dövlətlərlə qarşılıqlı fəaliyyətdə və Ruisya, ABŞ və Fransa prezidentlərinin 2009-2011-ci illərdə verdikləri birgə bəyanatlarda irəli sürülən əsas prinsiplər əsasında nizamlanmasında iştirakını davam etdirdəcək.

AzNews.az