10:57
(077) 610-22-33

Ermənistanda “razborka“- VİDEO

  • >
286 19 Fevral 2013 10:08 | Region

Ermənistanda ötən gün keçirilən prezident seçkiləri zamanı Respublika partiya lideri ilə Serj Sarksiyanın partiyasından olan nümayəndə arasında münaqişə yaşanıb



"İrs" partiyasının lideri Ruben Akopyan və Respublika partiyasında olan Sukias Avetisyan arasında baş verən çəkişmə internetdə yayılıb.

Erməni mətbuatı yazır ki, 34/36 saylı seçki məntəqəsində naməlum müşahidəçilər sms-lə seçicilər haqda naməlum istiqamətə məlumatlar göndərirlər. Hərçənd seçki komitəsi buna heç bir reaksiya verməyib. Bununla bağlı Ruben Akopyan şəxsən seçki məntəqəsinə gəlib və qanun pozuntusunun protokollaşdırılmasına təkid edib.

Sukias Avetisyanın versiyasına görə, Ruben Akopyan seçki məntəqəsinə soxulub və seçki komitəsinin üzvlərinə qışqırmağa başlayıb. Bu vaxt "xeyirxah" S. Avetisyan onu sakitləşməyə dəvət edib.

Videomaterialda görünür ki, Akopyan etirazı ilə bağlı protokol yazmaqla məşğuldur. Avetisyan isə onun ətrafında dolanaraq, onu dilə tutmağa başlayır. "Nə olub?" Seçki Komitəsini təhqir etməyə sənə kim icazə verib? İndi deyəcəm, bildiriş yazacaqlar və sənə töhmət verəcəklər", - deyə S. Avetisyan bildirib.



AzNews.az
Bağla X