09:19
(077) 610-22-33

“Bu terrorçuların məqsədi partlayıcı qurğu yerləşdirmək idi“

  • >
234 2 Aprel 2013 10:30 | Region

"İranın müxtəlif şəhərlərində Azərbaycan əleyhinə az qala hər ay konfrans və seminarlar düzənlənir, bu toplantılara azsaylı xalqların separatçı təmsilçiləri də cəlb olunurlar, "Səhər" kanalının Azərbaycan əleyhinə təbliğatı da var gücüylə davam edir. Ötən il Bakıda "Evrovizion" yarışması keçiriləndə Tehranda "Evrovizion" yarışması Bakıda keçirilməsin" səsləri eşidilirdi".

"Qafqazinfo" xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Bakıda keçirilən Güney Azərbaycan konfransıyla bağlı İranın Azərbaycana nota göndərməsini şərh edərkən deyib. Bi notanı əsassız adlandıran politoloq deyir ki, bu azmış kimi "Evrovizion" yarışması keçirilən günlərdə Bakıda İrandan göndərilən terrorçular ələ keçirildi: "Bu terrorçuların məqsədi yarışma zalında partlayıcı qurğu yerləşdirmək idi. Başqa qrup isə ABŞ və İsrailin Bakıdakı səfirliklərinə terror hücumları həyata keçirməli idilər. Bugünlərdə isə Tehranın bir başqa təxribatıyla üzləşmişik. Erməni separatçıları işğal altındakı Şuşada talış dilində radio açıblar. Məqsəd aydındır, Azərbaycan daxilində gərginlik yaratmaq. Bu təxribatın arxasında da Tehrandakı dairələrin dayandığı şübhələri var.

İndi bütün bunlar İranın Azərbaycanın daxili işlərinə qarışması deyil, Bakıda konfransın keçirilməsi İranın daxili işlərinə qarışmaqdır? İrandakı rejim Azərbaycan dilinin istifadəsini tələb edən şəxslərin zindanlara doldurulmasına bizim seyrçi qalmamızımı istəyir? İnsan haqları və Ana dil bəşəri dəyərlərdir və bunu tələb etmək heç bir ölkənin daxili işlərinə qarışmaq deyil".

Elxan Şahinoğlu konfransa İranın agentura şəbəkəsinə bağlı şəxslərin daxil olmağa çalışdığını vurğulayıb: "Konfransın işində iştirak edirdim və güneyli dostlarımdan aldığım bilgilərə görə, tədbirə dəvət almayan bir neçə nəfər cidd-cəhdlə konfransın keçirildiyi zala daxil olmaq istəyirdi. Əgər onlar gerçək medianı təmsil etsəydilər, bir problem olmazdı. Toplantı bütün media qurumları üçün açıq idi. Ancaq "dəvətsizlərin" konfransın işini pozmaq üçün Park İNN otelinə göndərildiyi davranışlarından hiss olunurdu. Bir dəfə regional mövzuda bir toplantıya qatılmışdım. Toplantıya gələn İran səfirliyinin iki əməkdaşının yerdən atmacaları və mədəniyyətsiz davranışları ilə toplantının işini pozmaq cəhdlərinin şahidi olmuşdum. Ona görə də, bu dəfə onlara belə bir imkan verilməməliydi və verilmədi də".

AzNews.az
Bağla X