08:01
(077) 610-22-33

Nazirlər Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər

  • >
202 14 May 2013 12:21 | Region

Ermənistana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan fransalı həmkarı Loran Fabiusla görüşüb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Ermənistan XİN-in mətbuat xidmətinə istinadən "Armenia Today" xəbər yayıb.

XİN rəhbərləri ikitərəfli əməkdaşlığın sonrakı inkişafını müzakirə ediblər.

Görüş zamanı tərəflər Ermənistan-Aİ, Ermənistanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi, Frankfoniya beynəlxalq təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrlə bağlı məsələlərə toxunublar.

Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın konstruktiv cəlb olunmasını yüksək qiymətləndirib, o, cümlədən Ermənistanın ATƏT-in MiNSK qrupunun həmsədr ölkələri ilə birlikdə Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizama salınmasında səyləri davam etdirməyə hazır olduğunu bildirib.

Tərəflər qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional problemlərə toxunublar və İranın nüvə proqramı, Suriyada böhranın həlli məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

AzNews.az
Bağla X