19:09
(077) 610-22-33

3 min 486 qadın eyni anda pilates etdi - VİDEO

  • >
310 3 İyun 2013 07:25 | Region

Türkiyənin Dənizli vilayəti yeni Ginnes rekorduna ev sahibliyi edib. Belə ki, Dənizlidə 3486 qadın eyni vaxtda Pilates adlanan səhər idmanı edib. Aksiyanı Dənizli icra hakimiyyəti təşkil edib. Ginnes rekorduna cəhddə hakim "Ədalət və İnkişaf" partiyasından olan qadın millət vəkilləri də iştirak edib.

Rekord cəhdi 45 dəqiqə davam edib. Bundan sonra Dünya Ginnes Rekordları Kitabının nümayəndəsi Denizli icra başçısına rekordu təsdiqləyən sertifikatı təqdim edib.

Qeyd edək ki, bundan əvvəl eyni vaxtda ən çox Pilates idmanı edən qadınların rekordu 2009-cu ildə İspaniyada qeydə alınmışdı. Həmin vaxt Ginnes rekordunda 862 nəfər iştirak etmişdi.




AzNews.az
Bağla X