21:33
(077) 610-22-33

Prezident seçkilərində hələki Həsən Rohani liderlik edir

  • >
333 15 İyun 2013 07:30 | Region

İranda keçirilən prezident seçkilərində hələlik Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Həsən Rohani liderlik edir.


AzNews.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, 860 min bülletenin araşdırılmasının nəticələrinə görə, o seçicilərin 47 faizinin dəstəyini qazanıb. İran DİN-nin seçkilər üzrə qərargahının ilkin açıqlamasına görə, Məhəmməd Bağır Qalibaf 15 faiz səs toplayıb, Səid Cəlili – səslərin 14 faizini, Möhsen Rezai – 13, Əli Əkbər Vilayəti – 6 və Səid Məhəmməd Qarazi – 2 faizini toplayıb.

İlkin hesablamalara görə seçkilərdə liderliyi ələ alan Həsən Rohani "şərti" islahatçı kimi tanınır. "Şərti" - ona görə ki, ölkədə əsas siyasi kursu ali dini lider Ayətullah Xamenei müəyyən edir.

Həsən Rohani İranın təcriddən çıxarılmasının və Qərblə münasibətlərin normallaşmasının tərəfdarıdır. Qalan 5 namizəd isə İslam inqilabının yolu ilə ciddi hərəkət etməsinin tərəfdarıdır.

AzNews.az
Bağla X