22:10
(077) 610-22-33

Moskvada miqrantlarla kütləvi dava: 60 nəfər saxlanılıb

  • >
208 29 İyun 2013 09:01 | Region

Ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərində yataqxanların birində təşkilat nümayəndələri ilə miqrantlar arasında kütləvi dava olub.

"Fabrisius" küçəsində yerləşən yataqxanadan polisə ölkədə fəaliyyət göstərən təşkilat nümayəndələrinin yataqxanada apardığı reydlə bağlı narazılıq daxil olub. Yataqxana sakinlərinin sözlərinə görə, təşkilat nümayəndələrinin yataqxana boyu, heç bir icazəsiz otaqlara bir-bir daxil olması heç kimin xoşuna gəlməyib.

Dava 60 nəfərin həbsi ilə nəticələnib. "Щит Москвы" təşkilat nümayəndələrinin sözlərinə görə, onlar mütəmadi olaraq belə reydlər keçirərək, ölkədəki qeyri-qanuni miqrantlarla mübarizə aparırlar.

Aynur Hüseynova
AzNews.az
Bağla X