20:39
(077) 610-22-33

“Keçirilmiş seçkilər İran tarixində dönüş anıdır“

  • >
156 29 İyun 2013 15:15 | Region

İranın yeni seçilmiş Prezidenti Həsən Ruhani hesab edir ki, bu yaxınlarda keçirilən prezident seçkiləri İran tarixində dönüş anıdır.

İranın paytaxtı Tehran şəhərində "İRİB" informasiya agentliyində məmurlarla keçirilən görüşdə Ruhani iranlıların seçkilərdə kütləvi iştirakını qiymətləndirərək bildirib ki, islam sisteminin hüquqi əsasları insanlara yönəlib.

O bildirib ki, milli iqtisadiyyat hökumətin nəzarəti ilə xalqa xidmət etməlidir. Bu eynilə mədəniyyət sahəsində də baş verməlidir.
Ruhani əlavə edib ki, İran xalqı həmişə mötədil olması ilə seçilib və ekstremizmdən çəkinib. Prezident seçkiləri zamanı insanlar sübut etdilər ki, onlar həqiqət, etika, əxlaq, mötədillik və öz haqlarının qorunmasını axtarırlar:

"Növbəti administrasiya qanuna əsasən hərəkət edəcək və heç kim qanundan yuxarı olmamalıdır."

İyunun 14-də İranda keçirilən prezident seçkilərində Ruhani seçicilərin 50,7 faizinin səsini toplayıb.

AzNews.az
Bağla X