Suriya erməniləri Rusiyanı qınadılar


Suriyada yaşayan ermənilər Ermənistan hökümətinə qınaq məktubu göndəriblər. AzNews.az Rusiyanın "Regnum" informasiya agentliyinə istinadən məlumat verir ki, ermənilər Armavia şirkətinin Suriya-Ermənistan arasındakı aviareyslərə biletlərin bahalaşmasını əsas göstərərək Ermənistan hökümətinin onları unutduqlarını bildiriblər. Onlar dövlətlərinin bu siyasətinin Rəsmi Moskvadan idarə olunduğunu iddia ediblər.


Şahlar Ruhi

AzNews.az