04:38
(077) 610-22-33

Əsəd Putindən borc istədi

  • >
416 4 Avqust 2012 13:08 | Region

Moskvada səfərdə olan Suriya hökumət nümayəndələri
Rusiyadan borc pul istəyib. AzNews.az-ın Haber365.com-a istinadən verdiyi məlumata
görə, rəsmi Moskvanın borcla bağlı tələbə bir neçə həftə içində cavab verəcəyi
gözlənilir. Suriya baş nazirinin müavini Kadri Cəmil bildirib ki, ölkəsi
Rusiyanın təşəbbüsü ilə qurulan, Belarus və Qazaxıstanın daxil olduğu "Gömrük
Birliyinə" qısa vaxt ərzində daxil olmağı planlaşdırır. Qeyd edək ki, daha əvvəller müxalif İslahat ve
Liberallaşma cəbhəsinin lideri olan Cəmil və onunla bərabər səfərdə olan
nazirlərdən ibarət hökumət heyyəti, Rusiya baş nazirinin birinici müavini
Aleksandr Xloponin və xarici işlər nazirinin birinci müavini Andrey Denisovla
da görüşüb. Avropa Birliyi və ABŞ ın iqtisadi sanksiyaları səbəbiylə Əsəd hökümətinin
çətin vəziyyətə düşdüyünü bildirən Kadri Cemil "Gömrük Birliyinə" 3 il ərzində
daxil olmaq istədiklərini deyib.
O həmçinin əlavə edib ki, indiki məqamda Rusiya ilə
Suriyanın iqtisadi sahədə əməkdaşlağının inkişaf etdirilməsi daha vacibdir.
Müxalifət və Əsəd hökuməti arasında baş verən silahlı qarşıdurmalarda bir qrup
radikal müxalifətçiləri ittiham edən Cəmil yeni kabinetdə müxalifətə də yer
ayırmaq istədiklərini qeyd edib.

Sadiq

AzNews.az



Bağla X