13:09
(077) 610-22-33

Həsən Ruhani: “Ermənistanla əlaqələri inkişaf etdirmək lazımdır“

  • >
753 9 Noyabr 2013 23:08 | Region

AzNews.az news.am saytına istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani Ermənistan enerji və təbii sərvətlər naziri Armen Movsisyanı qəbul edib.

Görüş zamanı ikitərəfli işbirliyinin inkişaf etdirilməsi istiqamətləri müzakirə edilib. Hər iki tərəf, İran və Ermənistanın, xüsusilə mədəni və iqtisadi sahələrdə əlaqələrinin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildirib.

Görüş zamanı Ruhani Ermənistan və İranın dost münasibətlərinə xüsusi önəm verdiyini vurğulayıb. O, Tehran və Yerevan arasındakı ortaq iqtisadi layihələrin əhəmiyyətindən danışıb və bu layihələrin imkan qədər tez reallaşması üçun bütün imkanların səfərbər olunmasının lazımlılığını qeyd edib.

Nazir Movsisyan iki ölkə arasındakı sıx əlaqələrin olmasından məmnunluğunu bildirib və Ermənistan Hökuməti və xalqının İranla dost münasibətlərə böyük önəm verdiklərini bildirib.

Movsisyan ortaq layihələrin gerçəkləşdirilməsi yolunda ortaya çıxan maneələrin aradan qaldırılması üçün nə lazımdırsa edəcəklərinə əmin olduğunu bildirib.

Movsisyan İran prezidentinə Ermənistan prezidenti Serj Sarkisyanın yazılı dəvətini çatdırıb.

AzNews.az
Bağla X