20:01
(077) 610-22-33

Kosmonavt Aleksandr Serebrov vəfat etdı

  • >
270 12 Noyabr 2013 18:47 | Region

AzNews.az İTAR TASS - a istinadən xəbər verir ki, bu gün, sovet kosmonavtı Aleksandr Serebrov ömrünün 70 - ci ilində Moskvada, Xovanski küçəsindəki öz evində qəflətən vəfat edib. Ölümün səbəbləri barədə məlumat verilməyib.
A.Serebrov 15 fevral 1944 - cü ildə Moskvada anadan olub. O, 1967 - ci ildə Moskva fiziki - texniki institutu bitirib və orada bir müddət elmi işlə məşğul olub. Serebrov mayelərin fizikası, qaz və plazma sahəsi üzrə ixtisaslaşıb. 1976 - cı ildən kosmik aparatların quraşdırılması işləri aparılan "Enerqiya" EİB - də çalışıb.
Serebrov kosmosa ilk dəfə 1982 - ci ildə "Soyuz T - 7" gəmisi ilə uçub. Uçuşdan sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. O, dörd dəfə kosmik uçuşlarda iştirak edib və bu uçuşlar zamanı 10 dəfə açıq kosmosa çıxıb. Bu rekordu 1997 - ci ildə yalnız Anatoli Solovyov təkrar edə bilib. O üst - üstə 31 saat 49 dəqiqə kosmik gəmilərin bortunda olub. Təqaüdə çıxandan sonra Serebrov televiziyada "Kosmosun dərsləri" verilişini aparıb.

AzNews.az
Bağla X