03:41
(077) 610-22-33

İçərisində məktəblilər olan avtobus qəza törətdi: 9 yaralı

  • >
507 23 Noyabr 2013 09:37 | Region

Türkiyənin Amasiya şəhərində məktəbli avtobusu qarşı tərəfdən gələn minik avtomobili ilə toqquşub.

Göynücek - Kayabaş istiqamətində baş verən qəza nəticəsində avtobusun sürücüsü başda olmaqla, 8 məktəbli, o cümlədən minik avtomobilinin sürücüsü və həyat yoldaşı müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə gələn Təcili Yardım xidmətinin köməyi ilə Amasiya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıblar.

Amasiya polisi qəza ilə bağlı cinayət işi qaldırıb, araşdırma aparılır.(anspress)
Bağla X