14:56
(077) 610-22-33

Moskvada miqrant dəhşəti: dağıstanlı qadına “xaç” işarəsi çəkildi

  • >
495 25 Noyabr 2013 08:23 | Region

Rusiya paytaxtında iki qadın vəhşicəsinə öldürülüb.

APA-nın verdiyi məlumata görə, hadisə paytaxtın cənub-qərbində baş verib. Öldürülənlərdən biri Dağıstan, bir isə Qazaxıstan vətəndaşıdır.

Noyabrın 24-də polisə paytaxtın Sosenki parkında yerləşən göldə qadın meytinin olduğu barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları göldən qadının cəsədini çıxardıblar. Aparılan araşdırmalar nəticəsində öldürülən şəxsin 32 yaşlı Qazaxıstan sakini olduğu məlum olub.

Müəyyən olunub ki, qazaxıstanlı qadın başından aldığı çox saylı zərbələr nəticəsində ölüb. Günorta saatlarında polisə paytaxtda daha bir qadının vəhşicəsinə öldürüldüyü barədə məlumat daxil olub. Brusilova küçəsində yerləşən yaşayış binasının pilləkənində əlləri və ayaqları bədənindən ayrılmış qadın cəsədi aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində vəhşicəsinə qətlə yetirilən şəxsin 27 yaşlı Dağıstan sakini olduğu məlum olub. Əlləri və ayaqları bədənindən ayrılan qadının qarın nahiyyəsində kəsici alətlə "xaç" işarəsi çəkilib.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


AzNews.az
Bağla X