04:25
(077) 610-22-33

Rusiya Ermənistana silahı ölkədaxili qiymətlərlə satacaq

  • >
185 2 Dekabr 2013 21:43 | Region

Vladimir Putin: "Silah qiymətləri təkcə təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi məsələdir"

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Rusiyada istehsal olunan silahı Rusiyanın daxili qiymətləri ilə alacaq. APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bunu İrəvanda keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidenti qeyd edib ki, silah qiymətləri təkcə təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi məsələdir, çünki dövlət büdcəsinin xərcləri ilə bağlıdır.

"Rus əsgərlərinin Ermənistanda mövcudluğu Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir", -deyə Putin vurğulayıb.


AzNews.az
Bağla X