22:38
(077) 610-22-33

Meydanda yenidən barikadalar quruldu

  • >
191 12 Dekabr 2013 09:00 | Region


Dekabrın 12-də Kiyevdə "Avromeydan"da aksiyaçılar yeni barrikadalar qurub. Maşın təkərləri, metal və hətta qardan da barrikadalarda istifadə olunur.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 5 minə yaxın insan gecəni meydanda keçirib. Barrikadanın digər tərəfində isə milis əməkdaşları dayanıb.

"Россия 24" kanalının məlumatına görə, hökumət artıq aksiyaçıların bir tələbini yerinə yetirib. Aksiyalar zamanı saxlananlar vaxtından əvvəl azad edilib.

Müxalifət liderləri hələlik prezident Yanukoviçin dialoq təklifinə cavab verməyib.

Elnarə
AzNews.az
Bağla X