İtaliyalı nazir İrana rəsmi səfər edəcək

İtaliya xarici işlər naziri Emma Bonino dekabrın 21-22 İrana rəsmi səfər edəcək.

Bu barədə İtaliya XİN-in rəsmi bəyanatında deyilir.

Səfər çərçivəsində Boninonun İran dövlət rəsmiləri ilə görüşü nəzərdə tutulub.

Emma Boninonun səfəri İtaliya xarici işlər nazirlər səviyyəsində son 10 ildə İrana ilk səfər olacaq.(trend)