16:37
(077) 610-22-33

Məmurun villasına basqın: 200 min avroluq qızıl oğurlandı

  • >
399 17 Dekabr 2013 08:31 | Region


Rusiyanın Krosnadar vilayətinin qubernatoru Lev Kuznetsov Fransada hücuma məruz qalıb.


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, güllə yarası alan qubernatorla bağlı insident onun villasında baş verib.

İki naməlum şəxs qapını sındıraraq villaya daxil olub, ev sahiblərinə xəsarət yetirib və 200 min avro dəyərində zinət əşyaları aparıblar.

Qubernator soyğunçulara müqavimət göstərmək istəyib, ancaq bu zaman yüngül yaralanıb. Onun xanımı isə dubinka ilə vurulub.

Qubernatorun mətbuat katibi faktı təsdiqləyib və Kuznetsovun Fransada qisamüddətli istirahətdə olduğunu bildirib.

Elnarə
AzNews.az
Bağla X