Gürcüstan prezidenti Türkiyəyə gedəcək

Gürcüstan prezidenti Georgi Marqvelaşvili yanvarın 20-də Türkiyəyə rəsmi səfərə gedəcək.

APA-nın "Georgia Online" saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan prezidentinin administrasıyası xəbər yayıb.

G.Marqvelaşvilinin Ankarada prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşləri nəzərdə tutulur.


AzNews.az