02:21
(077) 610-22-33

İran niyə siyasi məhbusları azadlığa buraxır?

  • >
488 16 Avqust 2012 11:37 | Region

Tehranın İnqilab və Ümumi Məhkəmələrinin prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, yaxın zamanlarda 13 nəfər siyasi məhbus azadlığa buraxılacaq. AzNews.az-ın İranın ISNA agentliyinə istinadən verdiyi məlumata görə, buna ali dini rəhbər Xamneyinin məhkumların cəzalarının əfv edilərək azadlığa buraxılmasına dair çıxışı zəmin yaradır.

Qeyd edək ki, İranda son prezident seçkilərindən sonra islahatçı qüvvələrin bir çoxu təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Ekspertlər belə hesab edir ki, siyasi məhbusların azadlığa buraxılması islahatçı siyasi qruplara növbəti prezident seçkilərində yaşıl işıq ola bilər.


Belə ki ali dini rəhbər islahatçı qüvvələrlə kəskin münasibətləri yumşaltmaq üçün onların seçkilərə qatılması və öz namizədləri ilə iştirak etməsinə zəmin yaradır. Bu isə daxildəki siyasi gərginliyi aradan qaldırmaq məqsədi daşıyır.


Alpər

AzNews.az

Bağla X